Əmir Abdullahian: İranın Livandakı sabiq səfiri yaşayır
Noy 12, 2015 08:54 Asia/Baku
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: Bizim məlumatlarımıza əsasən İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadi yaşayır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hüseyn Əmir Abdullahian əl-Məyadin telekanalı ilə müsahibədə cari Həcc günlərində Ərəbistanda olan Qəzənfər Rüknabadinin taleyi barəsində deyib: Şahidlər bildiriblər ki, Mina hadisəsində İranın sabiq səfirini Ərəbistan təcili yardım maşınına nəql edərkən müşahidə ediblər və o hələ də yaşayır.Əmir Abdullahian Ərəbistan rəsmilərindən istəyib ki, Rüknabadini canlı olaraq İrana təhvil versinlər və itkin düşmüş iranlı hacıların taleyini müəyyənləşdirsinlər.
İran xarici işlər nazirinin müavini həmçinin Ərəbistanı Mina faciəsi qurbanlarının sayı barəsində yalançılıqda suçlayıb və əlavə edib: Ərəbistanın Mina hadisəsi ilə bağlı davranışı məsuliyyətsizlik idi və bu ölkə bu barədə öz qanuni vəzifəsi və məsuliyyətlərini yerinə yetirmədi.