Vaizi: İran və Rusiya həmkarlıqların genişləndirilməsi fürsətindən bəhrələnməlidirlər
Noy 12, 2015 13:21 Asia/Baku
-
Vaizi: İran və Rusiya həmkarlıqların genişləndirilməsi fürsətindən bəhrələnməlidirlər
İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, Yaxın Şərq hadisələri və İran ilə Rusiyanın regional inteqrasiyası qarşılıqlı əməkdaşlıqların genişlənməsi üçün böyük imkanlar yaradıb.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Moskvada Rusiya Elmlər Akademiyasının Şərqşünaslılq İnstitutunda iranşünasların "İran 21-ci əsrin 2-ci onilliyində; problemlər və perspektivlər" adlı konfransında əlavə edib: İran və Rusiya regionun iki böyük ölkəsi və qonşu olmaqdan əlavə, bir çox tarixi bağlılıqlara və mədəni baxımdan bir çox ortaqlıqlara malikdirlər.Vaizi İranın beynəlxalq əlaqələrində yaranmış dəyişiklikləri və hazırkı şəraitin Rusiya ilə ikitərəfli əlaqələrin genişlənməsi üçün böyük dayaq olduğunu vurğulayaraq, deyib: İran və Rusiya regionun şəraitinə əsasən, ikitərəfli və regional həmkarlıqların inkişafı üçün daha ciddi münasibətlər qurmaq qərarına gəliblər.
Rusiya Şərqşünaslılq İnstitutunun direktor müavini Vyaçeslav Blukernitski də Tehran-Moskva əlaqələrini hazırkı şəraitdə inkişafda olan əlaqələr adlandırıb və deyib ki, Rusiya İran ilə ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirir.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Rusiya-İran Müştərək Əməkdaşlıq Komissiyasının iclasında iştirak məqsədilə Moskvadadır.
Teqlər