Ruhani: Amerika İrandan üzr istəsin
Noy 12, 2015 15:37 Asia/Baku
-
Ruhani: Amerika İrandan üzr istəsin
İran prezidenti deyib ki, dünya qüdrətləri ilə İran arasında nüvə anlaşması daha yaxşı Tehran-Vaşinqton əlaqələri ilə nəticələnə bilər.
IRIB-nin məlumatına görə, Həsən Ruhani İtaliyanın "Korya della Sera"(Korriere della Sera) qəzeti ilə müsahibədə vurğulayıb ki, diplomatik əlaqələrin bərpasından öncə Amerikanın iranlılardan üzr istəməsini gözləyir.Frans-Press-in məlumatına görə, şənbə günündən Fransa və İtaliyaya səfər edəcək İran prezidenti cümə axşamı günü "Korya della Sera" qəzeti ilə müsahibədə bildirib ki, cari yayda əldə olunmuş nüvə anlaşmasına rəğmən, Amerika ilə fikir ayrılıqları davam edir.
O, deyib: Nüvə anlaşması bir mövzu, Amerika ilə bizim əlaqələrimiz isə ayrı bir mövzudur. Biz onlarla uzunmüddətli problemlərə malikik.
Teqlər