Noy 13, 2015 14:33 Asia/Baku
  • İranın Suriyaya dəstəyi davam etməlidir
    İranın Suriyaya dəstəyi davam etməlidir

Tehranın bu həftəki cümə namazının xətibi Suriyanın ərazi bütövlüyünün qorunması və bu ölkədə istənilən xarici müdaxilənin qarşısının alınması üzrə İran İslam Respublikasının dəstəyinin davam etməsini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi Höccətülislam vəlmüslimin Kazım Siddiqi Suriya proseslərinə münasibət bildirib: Suriya prezidenti Bəşşar Əsəd, xalq və ordunun terrorçular, onların region və regiondan kənar hamiləri ilə qəhrəmancasına mübarizəsi alqışalayiqdir.
Suriya xalqının təkfirçi terrorçular qarşısındakı müqavimətinin bu ölkə düşmənləri, o cümlədən mürtəce ərəb ölkələrini geri çəkilməyə məcbur etdiyini qeyd edən Tehranın bu həftəki cümə namazının xətibi bildirib: İŞİD, əl-Nüsrə Cəbhəsi terror qruplaşmaları və təkfirçilərlə ciddi mübarizə son qələbəyə qədər davam etməlidir.
"İran heç bir xarici müdaxilə olmadan Suriya xalqı tərəfindən bu ölkənin taleyinin müəyyənləşməsini ciddi şəkildə vurğulayır" deyən Höccətülislam vəlmüslimin Siddiqinin sözlərinə görə, İran terrorçuların məhv edilməsi, dinc və stabil şəraitin yaradılması və sağlam şəraitdə seçkilərin keçirilməsi üçün Suriya xalqına heç bir köməyini əsirgəməyəcək.
Tehranın cümə namazının xətibi həmçinin Əfqanıstanda 7 şiənin həlak olmasından təəssüflənərək deyib: Bu şəxslərin şiə olduqlarına görə başları kəsilib və Əfqanıstan hökuməti məzlumun qətlə yetirilməsi qarşısında hələ də açıq-aşkar bir addım atmayıb.
Höccətülislam vəlmüslimin Siddiqi Səudiyyə Ərəbistanının Yəmənə formal xarakterli humanitar yardımlar göndərməsinə görə, BMT baş katibinin Ali-Səud rejimini alqışlamasını tənqid atəşinə tutub: Heyrətləndiricidir ki, BMT baş katibi 8 aydır Yəmən vətəndaşlarını qətlə yetirən və bu ölkənin infrastrukturlarını məhv edən bir ölkəni alqışlayır.
Tehranın cümə namazının müvəqqəti imam cüməsi Ərəbistanın Yəmənə hücumlarının davam etməsinin səbəbini Ali-Səud rejiminin zəifliyinin nişanəsi adlandırıb və deyib: Özünü qorumaq üçün iqtidarı olmadığına görə zülmə əl atan ölkə acizlikdən kütləvi qırğınlar edir.
Tehranın bu həftəki cümə namazının xətibi İranın təhlükəsizlik qüvvələri tərəfindən livanlı-amerikalı casus Nezar Zakanın həbs olunmasına toxunub və bildirib: Bu məsələ İslam İnqilabının Böyük Rəhbərinin düşmənlərin İrana nüfuzu barəsindəki xəbərdarlığının daha artıq diqqət mərkəzində olmalı olduğunu göstərir.

Teqlər