Noy 13, 2015 17:36 Asia/Baku
  • Ruhani İranın İtaliya ilə əlaqələrinin genişlənməsini müsbət qarşılayıb
    Ruhani İranın İtaliya ilə əlaqələrinin genişlənməsini müsbət qarşılayıb

İran İslam Respublikası prezidenti müxtəlif iqtisadi, siyasi və mədəniyyət sahələrində İranın İtaliya ilə əlaqələrinin genişlənməsini müsbət qarşılayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran prezidenti Həsən Ruhani İtaliyanın Ray Nyuz telekanalı ilə müsahibədə bildirib: İtaliya Avropa Birliyinə üzv ölkələr arasında İranın ilk ticarət şəriklərindəndir və hazırda da bu mövqeni qazanmaq üçün fürsət yaranmışdır.
Ruhani Qərbin, xüsusilə də Amerikanın İran əleyhinə iqtisadi və maliyyə sanksiyalarının ləğv olunmasının zamanı barədə əlavə edib: Tənzimlənən proqramların hamısı yaxşı formada icra olunarsa, 2015-ci ilin sonuna qədər sanksiyaların ləğv olunması ehtimalı yuxarıdır. Hərçənd çoxlu görüləsi işlər qalmışdır.
İran prezidenti İranın Suriya qarşısındakı mövqeyi barədə də deyib: İran üçün terrorizm və İŞİD terror qruplaşması ilə mübarizə və stabillik və təhlükəsizliyin Suriyaya qayıtması önəmlidir və bütün ölkələr bu mübarizədə paya malik olmalıdırlar.
"İran İslam Respublikasının baxışına görə, Suriyanın gələcəyi bu ölkə xalqının ixtiyarındadır və hökumətlərinin forması və hansı şəxslərin məsuliyyəti üzərinə götürməsi barədə qərar verən tərəf bu ölkə xalqıdır" -deyə Ruhani əlavə edib.
İran prezidenti İranın Yəhud dini və sionizm qarşısındakı mövqeyi barədə deyib: İran İslam Respublikası dünyada bütün yəhudlərə və müqəddəs kitabına hörmət bəsləyir və bu din və ardıcıllarını sionizm siyasətlərindən ayrı hesab edir.
Müsəlmanların səmavi kitabı Quranın yəhud peyğəmbəri Həzrət Musanı (ə) dəfələrlə əzəmətlə yad etdiyini bildirən Ruhaninin sözlərinə görə, dünyada bir çox yəhudi də sionistlərə nifrət edir və hətta Amerikada anti-sionist aksiyalarda iştirak edən bəzi yəhudilər vardır.
İran prezidenti deyib: İran İslam Respublikası sionist rejimin fələstinlilərin rəhmsizliklə qırğın edilməsi kimi bölgədəki funksiyasını pisləyir. Eyni zamanda Amerikanın bu rejimi birtərəfli şəkildə dəstəklərinə də etiraz edir.

Teqlər