Düşmənin İrana təcavüz cürəti yoxdur
Noy 14, 2015 17:03 Asia/Baku
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı bildirib ki, İran İslam Respublikası Ordusunda fədakar və bacarıqlı qüvvələrin olmasına görə, heç bir düşmən İrana təcavüz cürətinə malik olmayacaq.
ISNA-nın məlumatına görə, kontr-admiral Həbibullah Səyyari Kerman vilayətindəki Sircan şəhərində altıncı Quran, mədəniyyət və idman festivalının bağlanış mərasimində vurğuılayıb: İranın coğrafi mövqeyi, zəngin mənbələri və islami olması düşmənlərin İrana qarşı kin-küdurətinin səbəbidir.Kontr-admiral Səyyari deyib: İran dünyanın neft və qaz mənbələrinin mərkəzindədir; bu üzdən, düşmənlər uzun illərdir, bu mənbələrə tamahkarlıqla göz dikiblər, amma İran xalqı sayıqdır və əsla dünyanın zalım qüvvələrinin ondan istiqlaliyyəti almaları və onu öz hökmranlıqları altına almalarına icazə verməyəcək.