Ayətullahuluzma Məkarim-Şirazi Fransadakı terror hücumlarına reaksiya verib
Noy 15, 2015 13:34 Asia/Baku
Qum şəhərindəki böyük təqlid mərcələrindən olan Ayətullahuluzma Məkarim-Şirazi Livan, İraq, Əfqanıstan və son zamanlar Avropa və Fransada baş vermiş terror hücumları amillərinin hərəkətlərini pisləyib.
ISNA-nın məlumatına görə, bu təqlid mərcəyi bazar günü Qum şəhərindəki böyük məsciddə özünün xarici fiqh dərsinin əvvəlində deyib: Əgər bəzi ölkələr İŞİD-i və digər terrorçuları himayə etməsəydilər, onların köklərinin kəsilməsi çətin iş olmazdı.Ayətullahuluzma Məkarim-Şirazi Qərbin, xüsusən Amerikanın terrorizmlə mübarizə macərasındakı təfriqə və ikiüzlülük siyasətini pislyərək, əlavə edib: Bir tərəfdən, Amerika terrorçulara təlim vermələri üçün öz amillərini göndərir, digər tərəfdən də Ərəbistan və regionun bəzi digər ölkələri terrorçulara pul və silah verirlər.
Ayətullahuluzma Məkarim-Şirazi sonra deyib: Təəssüflər olsun ki, bəzi islami ölkələr İŞİD-i hərtərəfli surətdə himayə edirlər. O, əlavə edib: İslam ümməti ayıq olmalı və əl-ələ verməlidir ki, təkfirçilər və terrorçuların köklərini kəssin.