Öhdəliklərin yerinə yetirilməsi üçün nüvə anlaşmasının icrasında qərbli tərəfin yazılı öhdəliyi vacibdir
Noy 15, 2015 14:00 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib ki, nüvə anlaşmasının icrasında İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinin dəqiq iclası əsas şərtdir.
Əlaəddin Borucerdi məclisin xəbər agentliyi ilə müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrasında amerikalı tərəfdən yazılı öhdəliyin alınmasına dair təkidinə işarə edərək, əlavə edib: İranın Milli Təhlükəsizlik Ali Şurası aydınlaşdırmalıdır ki, Amerika prezidenti Barak Obamanın və Avropa Nazirlər Şurasının məktubu nüvə anlaşmasının icrasında yazılı öhdəlik sayılır, yoxsa yox.Borucerdi İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına olmuş izahatına toxunaraq, deyib: Sonda İranın Milli Təhlükəsizlik Ali Şurası nüvə anlaşması tərəfi olan ölkələrin öhdəliklərini müəyyənləşdirəcəkdir.