İranın müdafiə qüdrətinin inkişafı üzrə sıçrayış
https://azeri.sahartv.ir/news/İran-i199670-İranın_müdafiə_qüdrətinin_inkişafı_üzrə_sıçrayış
İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi deyib ki, İranın müdafiə qüdrətinin inkişafı üzrə sıçrayış ölkənin ehtiyacları ilə uyğunlaşdırılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2015 13:23 Asia/Baku
  • İranın müdafiə qüdrətinin inkişafı üzrə sıçrayış
    İranın müdafiə qüdrətinin inkişafı üzrə sıçrayış

İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi deyib ki, İranın müdafiə qüdrətinin inkişafı üzrə sıçrayış ölkənin ehtiyacları ilə uyğunlaşdırılıbdır.

General-mayor pasdar Hüseyn Səlami bazar ertəsi günü İranın milli qüdrətinin daxili strukturunun möhkəmliyi konfransında İslam İnqilabının beynəlxalq parametrlərdəki təsirinə toxunaraq, deyib: İmam Xomeyni(r.ə)-in inqilabi məntiqində qüdrət o kəsdə olmalıdır ki, haqlıdır, nəinki haqq, qüdrətli kəslə olmuş olsun.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi deyib: Biri qüdrətin məntiqi, digəri isə məntiqin qüdrəti olan bu iki məntiq bir-birinin qarşısında duranda hərbi, ictimai, mədəni və iqtisadi cəhətlərdə mövcud olan mübarizə və strateji münaqişə özünü göstərir və bu, həmin iki məntiqin bir-birilə münaqişəsinin başlanması deməkdir.
Səlami hegemonçuluq sistemində təhlükəsizliyin Qərbdə mənalandırılan bir şey olduğunu bildirərək, əlavə edib: Amerika tərəfindən Vyetnam və Yaponiyada əhalinin kütləvi qırğını beynəlxalq səhnədə adi bir məsələdir, amma digər xalqlar dinc nüvə enerjisindən istifadə edə bilmirlər.
İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi çıxışının digər bir hissəsində deyib: Müsəlman xalqlar və dövlətlərin zəiflədilməsi, parçalanması və geridə saxlanılması prosesi hegemonçuluq sisteminin strategiyasıdır. Digər tərəfdən, müsəlman ümmətin birliyi üzrə bir geosiyasi prosesin izlənilməsi İslam İnqilabı tərəfindən izlənilən bir strategiyadır.