Ruhani: İŞİD terrorçularının məqsədi İslama qarşı qorxu yaratmaqdır
https://azeri.sahartv.ir/news/İran-i199711-ruhani_İŞİd_terrorçularının_məqsədi_İslama_qarşı_qorxu_yaratmaqdır
İran prezidenti deyib: İŞİD terrorçuları Dünyada İslama qarşı qorxu yaratmağa çalışırlar. Buna görə də özlərini İslam dini ilə əlaqələndirməyə çalışırlar. Halbuki, İslam dini terror hərəkətləri ilə müxalifdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2015 06:27 Asia/Baku
  • Ruhani: İŞİD terrorçularının məqsədi İslama qarşı qorxu yaratmaqdır
    Ruhani: İŞİD terrorçularının məqsədi İslama qarşı qorxu yaratmaqdır

İran prezidenti deyib: İŞİD terrorçuları Dünyada İslama qarşı qorxu yaratmağa çalışırlar. Buna görə də özlərini İslam dini ilə əlaqələndirməyə çalışırlar. Halbuki, İslam dini terror hərəkətləri ilə müxalifdir.

İRİB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Mədəniyyət İnqlabı Ali Şurasının iclasında deyib: İslam dini rəhmət və sülh dinidir. Buna görə də, bu kimi hərəkətlərin xüsusi ilə çoxlu sayda müsəlmanın yaşadığı Amerika və Avropada İslam dini ilə bağlı qorxuya səbəb olmasına icazə vermək olmaz.
İran prezidenti əlavə edib: Təəssüflər olsun ki, uşaqlar, qadınlar və günahsız insanlar bu terror aktlarının ən böyük qurbanlarıdırlar. Və bu kimi cinayətləri önləmək üçün beynəlxalq iradə və əzmkarlığa ehtiyac var.
Cənab Ruhani İran İslam Respublikasının illərdir ki, terrorizm ilə mübarizəyə təkid etdiyini deyərək, vurğulayıb: İran terrorizmin qurbanlarından biri olaraq terror fəaliyyətlərini və günahsız insanların qətlə yetirilməsini pisləyir, terror fəaliyyətləri ilə ciddi mübarizə aparır.
İran prezidenti terrorizm ilə daha ciddi mübarizənin aparılmasına təkid edərək, deyib: İŞİD-in maliyyə və hərbi qaynaqları aşkar edilməli və bu qaynaqlara aydınlıq gətirilməlidir.