İranlı qadın dünya çempionu oldu
https://azeri.sahartv.ir/news/İran-i199746-İranlı_qadın_dünya_çempionu_oldu
Uşu üzrə iranlı qadın İndoneziyanın Cakarta şəhərində keçirilən XIII Dünya Çempionatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2015 15:00 Asia/Baku
  • İranlı qadın dünya çempionu oldu
    İranlı qadın dünya çempionu oldu

Uşu üzrə iranlı qadın İndoneziyanın Cakarta şəhərində keçirilən XIII Dünya Çempionatının qalibi olub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının uşu üzrə yığma komandasının üzvü Məryəm Haşimi Dünya Çempionatının finalında çexiyalı rəqibi üzərində qələbə çalaraq üçüncü dəfə dünya çempionu olub.
Haşimi bundan öncə Türkiyə və Malayziyada keçirilən 2011 və 2013 Dünya Çempionatlarında qızıl medala layiq görülmüşdü.
Uşu üzrə Dünya Çempionatı şənbə günü 82 ölkədən min idmançının iştirakı ilə İndoneziyanın Cakarta şəhərində start götürmüş və bu gün qaliblərin müəyyənləşməsi ilə sona çatıb.