Kərbəlada Ərbəin mərasimində təxminən 2 milyon iranlının olacağı proqnoz edilir
Noy 18, 2015 20:08 Asia/Baku
İran İslam Respublikası daxili işlər naziri İmam Hüseyn (ə) Ərbəini mərasimində İraqda İrandan təxminən 2 milyon iranlının iştirak edəcəyini proqnoz edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hüseyn (ə) ərbəini zəvvarlarının səfəri barəsində həyata keçirilən proqramlara nəzarət məqsədilə İlama səfər edən Əbdürrza Rəmani Fəzli verdiyi müsahibədə bildirib: İndiyə qədər Hüseyn (ə) Ərbəini mərasimində iştirak etmək üçün təxminən 1 milyon nəfərin viza aldığını və bir milyondan çox insanın da viza üçün müraciət etdiyini nəzərə alaraq İran və İraq sərhədlərindən 2 milyon zəvvarın keçəcəyi proqnoz olunur.İran daxili işlər naziri əlavə edib: Hüseyn (ə) Ərbəini zəvvarlarının səfəri və qalması üçün lazım işlər görülmüşdür.