General Cəfəri: İranda gərginlik yaratmaq planı zərərsizləşdirildi
Noy 20, 2015 14:27 Asia/Baku
-
General Cəfəri: İranda gərginlik yaratmaq planı zərərsizləşdirildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı İranı gərginlik böhranına sürükləmək planlarının uğursuzluğa uğradılmasından xəbər verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, ordu generalı Məhəmməd Əli Cəfəri bu gün cümə "Beytül-Müqəddəsə doğru" manevrində iştirak edən Bəsic qüvvələr qarşısında deyib: İran İslam Respublikasının Bəsic qüvvələri İslami İrana qarşı istənilən təhdid ilə qarşılaşmağa hazırdır.General Cəfəri region və Avropa ölkələrindəki gərginliklərə işarə edərək, Parisdə törədilən son terror aktını bu gərginliklərin kulminasiya nöqtəsi adlandırıb və deyib: Düşmən İranı da gərginliyə sürükləmək üçün bir çox səy göstərsə də, təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində bütün fitnələr zərərsizləşdirildi.