Noy 21, 2015 09:06 Asia/Baku
  • İran-Almaniya bank əməkdaşlıqları
    İran-Almaniya bank əməkdaşlıqları

İranın Mərkəzi Bankının müdiri Vəliyullah Seyfi deyib: Almaniya və İran sanksiyaların ləğv edilməsindən öncə bank əməkdaşlıqları üzrə əlaqələri normallaşdırmaq istəyirlər.

İRNA-nın məlumatına görə, Vəliyullah Seyfi "Avropa Bankçılığı" konfransının kənarında İRNA-ya verdiyi müsahibədə Almaniyanın maliyyə naziri Volfqanq Şubel ilə görüşünə işarə edib və deyib: Bu danışıqlar sanksiyaların ləğvindən sonra bank və maliyyə sektoru ilə bağlı ikitərəfli əlaqələrin bərpa edilməsi yönündə olub.
O əlavə edib: "Müzakirələrimiz iki ölkənin bank əlaqələrinin normallaşdırılması barədə idi. Mən Almaniyanın maliyyə nazirindən istədim ki, bank sahəsindəki əməkdaşlıqların tez bir zamanda başlaması və bu əməkdaşlıqların asanlaşdırılması istiqamətində işlər görsün və mən ümidvaram bu baş tutacaq".
İranın Mərkəzi Bankının müdiri həmçinin Avropa Mərkəzi Bankının müdiri Mario Draqi və Almaniya Mərkəzi Bankının müdiri Yens Vidman ilə görüşlərinə işarə edib.
İranın Mərkəzi Bankının müdiri bundan öncə bildirmişdi ki, İran sanksiyaların ləğv edilməsindən dərhal sonra beynəlxalq bank əməkdaşlıqlrına hazırdır.

Teqlər