Noy 21, 2015 10:02 Asia/Baku
  • Venesuella və İraqın neft nazirləri Tehrana daxil oldular
    Venesuella və İraqın neft nazirləri Tehrana daxil oldular

Venesuellanın neft və mədənlər naziri və İraqın neft naziri Qaz İxrac edən Ölkələr Forumunun(GECF) 3-cü sammiti və 17-ci nazirlər iclasında iştirak etmək məqsədi ilə cümə günü axşam Tehrana daxil olublar.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, 3-cü sammit, enerji nazirlərinin 17-ci adi iclası və enerji nazirlərinin fövqəladə iclası 21-23 noyabr tarixində Tehranda keçiriləcək.
ŞANA informasiya agentliyi bildirir ki, Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələr dünyada istehsal olunan qazın 42%-in istehsal edirlər. Bu ölkələr həmçinin dünyanın tanınmış qaz ehtiyatlarının 67%-nə malikdirlər. Bu ölkələr qaz boru kəməri ilə köçürmələrdə 38%-lik, mayeləşdirilmiş təbii qaz(LNG) bazarında isə 85%-lik paya malikdirlər.
Əlcəzayir, Boliviya, Misir, Ekvatoriayal Qvineya, İran, Liviya, Nigeriya, Qatar, Rusiya, Trinidat və Tobaqo, Venesuella və BƏƏ Qaz İxrac edən Ölkələr Forumunun 12 əsas üzvü sayılır.
Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi üzvləri sayılır.

Teqlər