Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatı təsdiq edildi
Noy 21, 2015 17:31 Asia/Baku
-
Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatı təsdiq edildi
Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatı bu gün üzv ölkələrin enerji nazirlərinin fövqəladə iclasında təsdiq edilib.
Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatı bazar ertəsi günü forumun sammitində araşdırılmalıdır.İRNA-nın məlumatına görə, Qaz İxrac Edən Ölkələr Forumu sammitinin yekun bəyanatında birgə sərmayə qoyuluşları ilə əlaqədar üzv ölkələr arasında ahəngdarlığın artırllmasına və birgə əməkdaşlıqlara təkid edilir.
Qaz İxrac Edən Ölkələr Forumu enerji nazirlərinin fövqəladə iclası bu gün İranın neft nazirinin sədrliyi ilə keçirildi.
Həmçinin, bu gün günortadan sonra Qaz İxrac Edən Ölkələr Forumu enerji nazirlərinin adi iclası keçirilib. İclasa Nigeriyanın neft naziri Emanuel İye Kaçiko başçılıq edib.
Bu, Qaz İxrac Edən Ölkələr Forumunun təsis edilməsindən bəri ilk dəfədir ki, forumun sammiti, enerji nazirlərinin adi və fövqəladə iclasının hər üçün bir ölkədə keçirilir.
Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələr dünyada istehsal olunan qazın 42%-in istehsal edirlər. Bu ölkələr həmçinin dünyanın tanınmış qaz ehtiyatlarının 67%-nə malikdirlər. Bu ölkələr qaz boru kəməri ilə köçürmələrdə 38%-lik, mayeləşdirilmiş təbii qaz(LNG) bazarında isə 85%-lik paya malikdirlər.
Əlcəzayir, Boliviya, Misir, Ekvatoriayal Qvineya, İran, Liviya, Nigeriya, Qatar, Rusiya, Trinidat və Tobaqo, Venesuella və BƏƏ Qaz İxrac edən Ölkələr Forumunun 12 əsas üzvü sayılır.
Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi üzvləri sayılır.