İranın şərqi və qərbində iki terror dəstəsi məhv edilib
Noy 22, 2015 10:38 Asia/Baku
-
İranın şərqi və qərbində iki terror dəstəsi məhv edilib
İmam Zaman(əc)-in adsız əsgərlərinin İranın cənub-şərqində silsilə təhlükəsizlik və əməliyyat addımlarının ardınca bir terror dəstəsi məhv edilib.
İranın təhlükəsizlik nazirinin daxili təhlükəsizlik müavini deyib: Dünyanın zalım qüvvələri və region irticaçılarının hədəfləri istiqamətində fəaliyyət göstərən bu terror dəstəsi on bomba formasında yüz əlli kiloqramdan çox partlayıcı maddəni partlatmaqla İranın Sistan və Bəluçestan vilayətinin məntəqələrindən birinin sərhəd avtomobil yollarını təhlükəli etmək niyyətində idi.Bu təhlükəsizlik rəsmisi əlavə edib: İlahi lütfkarlıqla İmam Zaman(əc)-in adsız əsgərlərinin səyi ilə bu terror dəstəsinin məhv edilməsi ilə bərabər, vilayətin müəllimləri və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilaıtının işçilərini terror etmiş amillər də həbs olunublar.
O, sonra deyib: Həmçinin İmam Zaman(əc)-in adsız əsgərlərinin sayıqlığı və addımları ilə terror və təxribat hərəkətləri etmək hədəfi ilə ölkəyə daxil olmuş əks-inqilabçı qaragüruhların terror bandası İranın Qərbi Azərbaycan vilayətində məhv edilib.
İranın təhlükəsizlik nazirinin daxili təhlükəsizlik müavini daha sonra deyib: Bu terror bandasından nəzərəçarpacaq miqdarda silah və sursat aşkarlanıbdır.