İŞİD-in İranda əmin-amansızlıq törətmək cəhdi zərərsizləşdirilib
Noy 22, 2015 17:47 Asia/Baku
-
İŞİD-in İranda əmin-amansızlıq törətmək cəhdi zərərsizləşdirilib
Sepah-ın baş komandanı terror qruplarının təhlükəsizlik baxımından Sepah-ın nəzarətində olduqlarını bidirərək, deyib: İŞİD uzun müddətdir ki, İranda əmin-amansızlıq törətmək istəyir, amma indiyədək bunu edə bilməyibdir.
Fars xəbər agentliyinin müdafiə müxbirinin məlumatına görə, Sepah-ın baş komandanı general-leytenant Məhəmməd Əli Cəfəri bazar günü səhər müxbirlər qarşısında regiondakı bəzi əmin-amansızlıqlara, xüsusən təkfirçi İŞİD terrorçularının hədələrinə toxunaraq, deyib: Təhlükəsizlik orqanlarının məlumatları və xalqın həmkarlığı ilə bugünədək İŞİD ünsürlərinin cəhdləri zərərsizləşdirilibdir.Sepah-ın baş komandanı əlavə edib: Bu qruplar müxtəlif himayə şəbəkələrinə malikdirlər ki, son zamanlar onların biri ilə ciddi rəftar olundu və digər qruplar da tam nəzarət altındadırlar və vaxtında onlarla ciddi rəftar olunacaqdır.
General-leytenant Cəfəri söyləyib: Avropa ölkələri, o cümlədən Fransa elə fikirləşirdilər ki, onların düzəltdikləri terror qruplarının bu hədələri yalnız region ölkələri üçündür, halbuki hazırda bu təhdid onların özlərinə doğru qayıdıbdır.