Noy 23, 2015 19:01 Asia/Baku
  • İranda qaz konsentratorunun formalaşması imkanı mövcuddur

İranın neft naziri deyib ki, regionda qaz qiymətinin təyini üçün bir mərkəz kimi İranda qaz konsentratorunun formalaşması imkanı mövcuddur.

IRIB-nin məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdən sonra müxbirlər qarşısında deyib: Məcazi qaz konsentratorunun formalaşmasının əsas şərti, qaz bazarı quruluşunun qısa müddətli və tək yüklü müqavilələr səmtinə hərəkətidir, zira uzunmüddətli müqavilələrdə müqavilədə təyin olunmuş formulaya əsasən, qiymətin ardıcıl dəyişməsi imkanı yoxdur.
İranın neft naziri həmçinin Rusiyanın energetika naziri ilə görüşünün nəticələri barədə deyib: Ruslar Tehran konfransında iştirak və neft və qaz layihələrinin yeni modelindən xəbərdar olmağa maraqlı olduqlarını bildiriblər.
İranın neft naziri habelə beynəlxalq neft və qaz bazarı ətrafında Rusiya ilə müzakirələrdən xəbər verib və deyib ki, bu sahədə İran və Rusiya yaxın mövqelərə malikdirlər.
Rusiyanın energetika naziri də ikitərəfli razılaşmaların izlənilməsi vacibliyini vurğulayıb və bildirib ki, Rusiya yenə də İranı uzunmüddətli şərik kimi öz kənarında görmək istəyir və iki ölkənin qarşısındakı üfüqlər parlaqdır.

Teqlər