Salehi: İran uran zənginləşdirilməsi satıcıları klubuna qoşuldu
Noy 24, 2015 08:43 Asia/Baku
İranın Atom Enerjisi Təşkilatının sədri deyib ki, İran uran zənginləşdirilməsi satıcıları klubuna qoşulub.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bazar ertəsi günü gecə Tehranda müxbirlər qarşısında zənginləşdirilmiş dörd faizlik nüvə yanacağının doqquz tonunun Rusiyaya satılması qərarından xəbər verərək, deyib: Nüvə anlaşması proqramı çərçivəsində qərara alınıb ki, zənginləşdirilmiş yanacaq satılsın və əslində bu addımla İran dünyada uran zənginləşdirilməsi satıcıları klubuna qoşulubdur.IRNA-nın məlumatına görə, Salehi deyib: İran doqquz ton zənginləşdirilmiş dörd faizlik nüvə yanacağını Rusiyaya satacaq, əvəzində isə 140 ton təbii uran idxal edəcək ki, bu da yüksək bir rəqəmdir.
İran prezidentinin müavini həmçinin rusların nüvə anlaşmasında bəzi addımlar atacaqları barədə üzərlərinə öhdəliklər götürmələrinə toxuanaraq, bildirib ki, rusların köməyilə İran stabil izotoplar istehsal edəcək.