Əlcəzairin baş naziri İnqilab Rəhbəri ilə görüşüb
Noy 24, 2015 14:50 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran xalqı Əlcəzair xalqının bu ölkənin inqilabı dövründə müstəmləkəçiliyə qarşı mübarizələrinə görə, daim bu ölkəyə və Əlcəzair xalqına qarşı müsbət baxışa malik olubdur.
Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı Tehranda Əlcəzairin baş naziri Əbdulmalik Səllal və onu müşayiət edən heyət ilə görüşdə bir çox regional və beynəlxalq məsələlərdə iki ölkənin siyasi baxışlarının yaxınlığına toxunaraq, deyiblər: Ümid olunur ki, yaxın gələcəkdə iki ölkənin müştərək komissiyasının təşkili ilə ikitərəfli iqtisadi əlaqələr genişlənəcək.İslam İnqilabının Böyük Rəhbəri həmçinin Əlcəzairin baş nazirinin region ölkələrinin İŞİD fenomeni və İslamın simasını korlayan terrorçularla ciddi mübarizələri vacibliyi barədəki sözlərinə toxunaraq, deyiblər: İŞİD və İslamın adı ilə bütün regiona səpələnmiş terrorçular məsələsi adi və təbii bir məsələ deyil və bu terrorçular yaradılıblar və himayə olunurlar.
Həzrət Ayətullahuluzma Xamenei regiondakı bəzi islami ölkələrin İŞİD terrorçularını dəstəkləmələrindən təəssüflənib və Amerikanın və İslam düşmənlərinin bu terrorçuları himayə etmələrinə işarə edərək, vurğulayıblar: Ürəkyanan və bir-biriləri ilə anlaşan islami ölkələr dialoq və həmkarlıq yolu ilə terrorçularla mübarizə üçün real həll yoluna nail ola bilərlər.
O həzrət İran İslam İnqilabının qələbəsinin əvvəllərində yaradılmış Əlcəzair, İran, Suriya və bir neçə ölkədən ibarət müqavimət cəbhəsini xatırladaraq, əlavə ediblər: Amerikanın ardınca gedən bəzi ölkələr həmin məcmuənin fəaliyyətinin davam etməsinə mane oldular, amma belə görünür ki, hazırda müştərək baxışlara malik olan islami ölkələrdən ibarət belə bir məcmuənin təşkilinə zəmin mövcuddur.
Əlcəzairin baş naziri də Tehranda keçirilmiş Qaz İxrac edən Ölkələr Forumunun sammitini uğurlu iclas adlandırıb və İran rəsmiləri ilə olmuş danışıqlarına işarə edərək, deyib: Siyasi məsələlərdə, xüsusən İŞİD və regiondakı terrorçularla mübarizə məsələsində İran və Əlcəzairin baxışları bir-birinə olduqca yaxındır.