Yunanıstan xarici işlər nazirinin Ruhani ilə görüşü
https://azeri.sahartv.ir/news/İran-i200214-yunanıstan_xarici_işlər_nazirinin_ruhani_ilə_görüşü
İran prezidenti deyib ki, nüvə anlaşmasının tam şəkildə icrası İran və Avropa İttifaqının iqtisadi həmkarlıqlarının sürətini qənaətbəxş nöqtəyə çatdıra bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2015 13:45 Asia/Baku
  • Yunanıstan xarici işlər nazirinin Ruhani ilə görüşü
    Yunanıstan xarici işlər nazirinin Ruhani ilə görüşü

İran prezidenti deyib ki, nüvə anlaşmasının tam şəkildə icrası İran və Avropa İttifaqının iqtisadi həmkarlıqlarının sürətini qənaətbəxş nöqtəyə çatdıra bilər.

İran prezidenti Həsən Ruhani Tehranda Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias ilə görüşdə İrana qarşı zalımcasına sanksiyaların həmkarlıqlara göstərdiyi mənfi təsirləri vurğulayaraq, bildirib ki, nüvə anlaşmasının icrasından və İrana qarşı sanksiyaların götürülməsindən sonra iki ölkə əlaqələri daha da inkişaf etməlidir.
Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias da ölkəsinin hökuməti tərəfindən İranla həmkarlıq üçün maraqlandıran zəmin və məsələlər barədə ətraflı proqrama malik olduğunu bildirərək, deyib ki, bu proqramları İranda olacağı müddətdə təqdim edəcəkdir.
Yunanıstanın xarici işlər naziri Yunanıstan baş nazirinin İrana səfəri üçün aparılan proqramlaşdırımalara toxunaraq, iki ölkə arasında birbaşa uçuşların bərqərarı üçün zəminin yaradılmasını istəyib.