Noy 30, 2015 08:13 Asia/Baku
  • İran ilə İtaliya arasında dörd razılaşma imzalanıb
    İran ilə İtaliya arasında dörd razılaşma imzalanıb

İran və İtaliya müxtəlif iqtisadi sahələrdə dörd həmkarlıq sənədi imzalayıblar.

IRIB-nin məlumatına görə, bazar günü iki ölkənin ticarət konfransında və İtaliyanın 360 nəfərlik iqtisadi heyətinin Tehrana səfəri gedişində iki ölkə arasında dəri sənayesi, turizmin genişləndirilməsi, sənaye marketinqi, texnologiya mübadiləsi və elmi-texniki təlimlər sahəsində dörd razılaşma imzalanıb.
İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə iki ölkənin ticarət konfransından sonra keçirilən bir mətbuat konfransında deyib ki, İran və İtaliyanın iqtisadi rəsmiləri iki ölkənin iş adamlarınn bir-birilərinin bazarlarından pay götürmələri üçün bir şərait yaratmalıdırlar.
Nemətzadə əlavə edib: Müştərək investisiya və bir-birinin faydalı bazarlarından istifadə mümkün olan işdir.
Nemətzadə İranın xarici investisiyalar üçün imkan yaratmaq ardınca olduğunu bildirərək, deyib ki, sənaye investisiyaları üçün İran və İtaliya şirkətləri üçün də təşviq edicilər nəzərdə tutulubdur.
İranın sənaye, mədən və ticarət naziri qeyd edib ki, İran investisiya üçün mötəbər xarici şəriklərin ardınca olub və bir neçə mötəbər avropalı şirkət ilə müzakirə yekun mərhələsindədir.

Teqlər