Cahangiri: İran və Macarıstanın iqtisadi əlaqələr həcmi artacaq
Noy 30, 2015 17:50 Asia/Baku
-
Cahangiri: İran və Macarıstanın iqtisadi əlaqələr həcmi artacaq
İranın birinci vitse-prezidenti İran və Macarıstanın iqtisadi əlaqələr həcminin artmasından xəbər verib.
IRNA-nın məlumatına görə, İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün İran və Macarıstan arasında səkkiz əməkdaşlıq sənədinin imzalanmasından sonra Macarıstanın baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında əlavə edib: İki ölkə arasında bir çox həmkarlıq imkanları mövcuddur ki, onun fəallaşması ilə qarşılıqlı iqtisadi əlaqələr həcmi artacaq.Cahangiri İran və Macarıstanın çox qədim əlaqələrə malik olduqlarına və iki ölkə arasında doxsan ildən çox siyasi əlaqənin qurulmasına toxunaraq, deyib: Keçmişdə iki ölkə arasında müxtəlif sahələrdə münasib iqtisadi əlaqələr mövcud olubdur ki, son illərdə bu əlaqələr son dərəcə azalıbdır.
İranın birinci vitse-prezidenti səhiyyə, rabitə, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, elm, enerji, iqtisadiyyat və əsas elmlər sahələrini əməkdaşlıqların genişləndirilməsi üçün iki tərəfin maraq göstərdiyi sahələr adlandırıb və belə deyib: Xoşbəxtlikdən, müxtəlif sahələrdə imzalanmış səkkiz sənəd bu həmkarlıqların genişlənməsinə kömək edəcək.
Cahangiri söyləyib: İran macar şirkətlərin İranın müxtəlif sektorlarında investisiya üzrə iştirakını alqışlayır və bu şirkətlər öz məhsullarını həm İranın iri bazarında, həm də qonşu ölkələrdə təqdim edə bilərlər.
Macarıstanın baş naziri Viktor Orban yüksək vəzifəli İran rəsmiləri ilə görüşmək üçün bir nümayəndə heyəti ilə bu gün Tehrana daxil olub.