Ərbəin ərəfəsində İran sərhədləri tam təhlükəsizdir
Dek 01, 2015 07:21 Asia/Baku
-
Ərbəin ərəfəsində İran sərhədləri tam təhlükəsizdir
Ərbəin Qərargahının Təhlükəsizlik və Hüquq-Mühafizə Komitəsinin rəisi İmam Hüseyn (ə) Ərbəini ərəfəsində İran və İraq sərhədlərində tam təhlükəsizliyin bərqərar olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ərbəin Qərargahının Təhlükəsizlik və Hüquq-Mühafizə Komitəsinin rəisi Məhəmməd Cavadzadə Kəmənd deyib: İran və İraq hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin geniş və təsirli iştirakı iki ölkə sərhədlərində Ərbəin ərəfəsində hazırkı təhlükəsizliyin bərqərar olunmasına səbəb olub.Komitə rəisi bildirib: Həm İraq daxilində, həm də İranda bütün orqanların vəzifələri müəyyənləşib və elan olunub. İstər İranda, istərsə də İraqda böhranlı şəraitdə bütün orqanların tam hazırlığı vardır.
Cavadzadə Kəmənd əlavə edib: 1 milyon 500 min zəvvara viza verilib. Son məlumata görə, səfər ayının 1-dən bu günə qədər 1 milyon 410 min nəfər İran sərhədlərindən çıxmışdır.
Sabah 2 dekabr 2015-ci il, 20 səfər 1437-ci hicri qəməri ili dünya şiələrinin 3-cü imamı şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseynin (ə) ərbəinidir.
İldə İraqın müxtəlif bölgələri, digər ölkələr, o cümlədən İrandan milyonlarla zəvvar piyada və yaxud karvanlar çərçivəsində İmam Hüseyn (ə) Ərbəini mərasimində iştirak etmək üçün Kərbəlaya yollanır.
Teqlər