İranın mütəxəssis hərbi qüvvələrinin potensialı misilsizdir
https://azeri.sahartv.ir/news/İran-i200294-İranın_mütəxəssis_hərbi_qüvvələrinin_potensialı_misilsizdir
İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı İranın mütəxəssis hərbi qüvvələrinin iradə və potensialını özünəməxsus adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2015 15:52 Asia/Baku
  • İranın mütəxəssis hərbi qüvvələrinin potensialı misilsizdir
    İranın mütəxəssis hərbi qüvvələrinin potensialı misilsizdir

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı İranın mütəxəssis hərbi qüvvələrinin iradə və potensialını özünəməxsus adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, kontr-admiral Həbibullah Səyyari Foker F-20 təyyarəsinin Bəndər Abbasda İranın Dəniz Qoşunlarına təhvil verilməsi mərasimində deyib: Bu təyyarə qüvvələrin daşınması, dəniz reydi, paraşütçülərin tullanması, hava təcili yardımı, sahil mühafizəsi, xilas, yük və təchizatın daşınması üçün nəzərdə tutulub.
İran Ordusu Dəniz Qoşunları komandanı deyib: Foker F-20 təyyarəsinin təchiz olunması yerli mütəxəssislərin səyi nəticəsində ərsəyə gəlib.