İranın inkişafı düşmənləri məyus edib
Dek 02, 2015 16:25 Asia/Baku
İran İslam Respublikası prezidenti deyib: İranın inkişafı düşmənləri məyus edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Mina şüşəqayırma zavoduna baxış keçirdikdən və bu zavodun işçilərinin İmam Hüseyn (ə) ərbəini mərasimində iştirak etdikdən sonra jurnalistlərlə müsahibədə bildirib: Hazırda imperializm və düşmənlərlə mübarizə şüar deyil, iş, iqtiasdi cihad və səylə mümkündür. İslami İran inkişaf, dirçəliş və abadlıq istiqamətində olduğu qədər düşmənlər məyus olacaqlar.Həsən Ruhani iş və istehsalı İranın bugünkü önəmli prioriteti və ehtiyacı adlandırıb və əlavə edib: İqtisadi dirçəliş və ictimai rifah istehsal istiqamətində olmadıqda reallaşmayacaq və bu məqsədə çatmaq yalnız işçilər və istehsalçıların iradəsi ilə əldə olunur.
İran prezidenti çərşənbə günü İmam Hüseyn (ə) Ərbəini günündə Tehranda Mina Şüşəqayırma zavodunda bu zavodun müxtəlif bölmələri ilə yaxından tanış olub və şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseynin (ə) əzadarlığı mərasimində iştirak edib.