İraqçı: Amanonun hesabatı İranın nüvə proqramının dinc məqsədli olduğunu sübut edir
Dek 03, 2015 09:00 Asia/Baku
İranın xarici işlər nazirinin müavini MAQATE baş direktorunun İranın nüvə proqramının keçmiş və hazırkı məsələləri barədəki hesabatına reaksiyada deyib ki, bu hesabat İranın nüvə proqramının dinc məqsədli olduğunu sübut edir.
Seyid Abbas İraqçı çərşənbə günü axşam çağı Amanonun PMD barədəki hesabatı haqda deyib: Agentliyin PMD barədəki yekun dəyərləndirmə hesabatı göstərir ki, İranda nüvə maddələrində yayınma və ya hərbi nüvə proqramından heç bir nişanə tapılmayıb və İranın nüvə proqramının dinc məqsədli olduğu sübut edilib.İraqçı əlavə edib: Agentliyin baş direktoru öz hesabatında İranın yol xəritəsi əsasında agentliklə tam həmkarlıqlarına toxunaraq etiraf edib ki, bu həmkarlıqlar agentliyi PMD məsələsi barədə öz yekun dəyərləndirməsini təqdim etməyə qadir edibdir.
O, vurğulayıb: Buna görə, demək olar ki, İranın nüvə proqramı ilə bağlı keçmiş məsələlər sahəsindəki bütün addmlar tam şəkildə başa çatıb və PMD məsələsi arxada qalıbdır.
İranın nüvə müzakirə komandasının baş üzvü bu hesabatın İran məsələsinin direktorlar şurasında bağlanması üçün şərait yaratdığını bildirərək, deyib: Hazırda atlılıq ölkələri nüvə anlaşmasının 14-cü bəndinə əsasən, İran işinin bağlanması məqsədilə direktorlar şurasına bir qətnamə təqdim etməlidirlər və direktorlar şurası da bu qətnamənin qəbul edilməsi və işin bağlanması istiqamətində addım atmalıdır.
İranın xarici işlər nazirinin müavini sonda vurğulayıb: Dəfələrlə elan etdiyimiz kimi, nüvə silahı İran İslam Respublikasının müdafiə doktrinasında heç bir yerə malik olmayıb və olmayacaq da.