Dek 05, 2015 09:34 Asia/Baku
  • Bahünər: PMD-nin bağlanması nüvə anlaşmasının icrasının əsas şərtidir
    Bahünər: PMD-nin bağlanması nüvə anlaşmasının icrasının əsas şərtidir

İran İslam Şurası Məclisinin sədr əvəzi deyib: İş barədə qeyd-şərt qoyacaqları və ya yeni məsələlər irəli sürəcəkləri halda, nüvə anlaşmasını icra etməyəcəyik.

Məhəmməd Rza Bahünər "Xaneye mellət"(Xalqın evi) xəbər agentliyi ilə müsahibədə PMD işinin bağlanması vacibliyini vurğulayaraq, deyib: Bu işin bitməsi İranın 5+1 qrupu ilə anlaşmasının əsas şərt və prinsiplərindəndir və bəhanə gətirmə çıxılmazlıqlarına çatacağımız halda, nüvə anlaşmasının icrası dayandırılacaq ki, qarşı tərəf vəzifələrinə əməl etmiş olsun.
İran İslam Şurası Məclisinin sədr əvəzi deyib: Direktorlar Şurasının PMD işinin bitdiyini elan edəcəyi halda, nüvə anlaşması başlayacaq, bu məsələdən sonrakı bəhanələr üçün bəhrələnmək istəyəckləri halda isə biz azacıq da tərəddüd etmədən nüvə anlaşmasını icra etməyəcəyik.

Teqlər