İranın Nüvə Sənayesi Nailiyyətləri Sərgisi
Dek 06, 2015 13:43 Asia/Baku
-
İranın Nüvə Sənayesi Nailiyyətləri Sərgisi
33-cü Nüvə Sənayesi Nailiyyətləri Sərgisi İran rəsmilərinin iştirakı ilə Semnan Universitetində işə başlayıb.
Bu sərginin keçirilməsində məqsəd nüvə sənayesi ilə bağlı ümumi məlumatların təqdim edilməsi, nüvə sənayesindən dinc məqsədlər üçün istifadə, onun önəmi və nüvə elminin müasir dünyamız üçün əhəmiyyəti barədə insanların məlumatlandırıılmasıdır.Bu sərgidə mövcud olan pavilyonlarda nüvə yanacağı istehsalı prosesinin tam dövriyyəsi, uran mədənlərinin istismarı, sarı tortanın hazırlanması, uranın emal edilməsi, uranın zənginləşdirilməsi, zirkoniumun əldə edilməsi, yeni xəlitələrin hazırlanması, dərman istehsalı, yanacaq kompleksləri, nüvə tullantılarının emalı, Ərak ağır su kompleksi və reaktoru ilə bağlı eksponatlar nümayiş etdirilir.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu sərgiyə ünvanlanmış müraciətində deyib: İslam Respublikasının tarixi bir keçid mərhələsindən uğurla keçməsi, çətinliklərin və qondarma problemlərin arxada qalması ilə bu texnologiyanın inkişaf etdirilməsi və ondan faydalanmaq istiqamətində münasib fürsətlər və şərait yaranıb.