Dek 06, 2015 13:48 Asia/Baku
  • Kəmalvəndi: MAQATE-nin hesabatı İrana qarşı qondarma işin bağlanması mənasındadır
    Kəmalvəndi: MAQATE-nin hesabatı İrana qarşı qondarma işin bağlanması mənasındadır

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatı İranın nüvə fəaliyyətləri ilə bağlı qondarma işin bağlanmasına səbəb olacaq.

Behruz Kəmalvəndi bu gün, Tehranda çıxan İran qəzetində dərc olunmuş yazısında bildirib: MAQATE-nin baş direktoru Yokio Amanonun son hesabatı texniki, siyasi və hüquqi məsələləri əhatə və İranın nüvə fəaliyyətlərinin tam şəffaf olduğuna təkid edir. Hesabatın yekun hissəsində isə İranın nüvə işinin bağlı elan edilməsindən başqa çıxış yolu qoyulmayıb.
Kəmalvəndi hesabatda mövcud olan anlaşılmaz və qaranlıq məqamlar barədə də yazır: MAQATE keçmişdə bir sıra qondarma və əsassız iddialar əsasında İran əleyhinə böyük bir iş qaldırmışdı və indi İrana qarşı açılan işin puç və qondarma olduğunu açıq-aşkar formada etiraf edə bilmir.

Teqlər