Zəngənənin mətbuat konfransı
Dek 06, 2015 18:13 Asia/Baku
-
Zəngənənin mətbuat konfransı
İranın neft naziri artıq neft təqdiminə malik ölkələrin onun bazardakı nəticələrində məsuliyyət daşıdıqlarını bildirib.
İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda keçirdiyi mətbuat konfransında OPEK ölkələrinin neft nazirlərinin 168-ci Vyana iclası və üzvlərin istehsal səviyyəsinin təyinində razılığa çatmamaları haqda deyib: Bəziləri Vyana iclasında çalışdılar ki, istehsal səviyyəsini qaldırmaqla bir növ özlərinin bazardakı artıq təqimatlarını qanuniləşdirmiş olsunlar.Zəngənə İran ilə OPEK-in əksər üzvlərinin istehsal səviyyəsinin qaldırılmasına qarşı çıxdıqlarına toxunaraq, deyib: Neft bazarının məsuliyyəti hazırda bazarın ehtiyacından çox istehsal edən kəslərin üzərinə düşür və hazırda artıq təqdimata malik olan ölkələr məlumdur və onların haqqında heç bir qaranlıq cəhət yoxdur.
İranın neft naziri vurğulayıb: Hazırda OPEK-in bəzi üzvləri təyin olunmuş səviyyədən, yəni gündə otuz milyon barreldən çox neft hasil edir və bu səviyyəni 31 milyon 500 min barrelə çatdırıblar.
Zəngənə əksər OPEK üzvlərinin hazırkı səviyyədən daha aşağı istehsal səviyyəsini istədiklərini bildirərək, deyib: Tərəflər Vyana iclasında digərini qane etməyə müvəffəq olmadılar, nəticədə OPEK üzvləri heç bir qərar qəbul etmədən iclası tərk etdilər.
İranın neft naziri OPEK-in fövqəladə iclasının keçirilməsi haqda da deyib ki, fövqəladə iclasın keçirilməsinə ehtiyac duyulmur və İranın da öz istehsalını 500 min barrel artırmaq üçün heç bir mərkəzdən icazə almağa ehtiyacı yoxdur.
OPEK ölkələrinin neft nazirlərinin 168-ci Vyana iclası cümə günü keçirildi.