Ruhani: 16 azər heç bir zaman kəsiyində qapanmayacaq
https://azeri.sahartv.ir/news/İran-i200510-ruhani_16_azər_heç_bir_zaman_kəsiyində_qapanmayacaq
İran prezidenti 16 azəri tələbə, universitet, istiqlalsevər, azadlıqsevər, eləcə də xalq elitası və tələbələrin müstəmləkəçilik və istibdad qarşısında müqavimət günü adlandırıb və deyib ki, 16 azər universitet, tələbə və böyük İran xalqı üçün tarixi bir gündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2015 10:26 Asia/Baku
  • Ruhani: 16 azər heç bir zaman kəsiyində qapanmayacaq
    Ruhani: 16 azər heç bir zaman kəsiyində qapanmayacaq

İran prezidenti 16 azəri tələbə, universitet, istiqlalsevər, azadlıqsevər, eləcə də xalq elitası və tələbələrin müstəmləkəçilik və istibdad qarşısında müqavimət günü adlandırıb və deyib ki, 16 azər universitet, tələbə və böyük İran xalqı üçün tarixi bir gündür.

Həsən Ruhani Şərif Universitetində keçirilən tələbə günü mərasimində əlavə edib: Qaranlıq bir dövr idi. 28 mordad çevrilişindən bir neçə ay keçmişdi. Amma o üç qəhrəman tüfəng qarşısında dayandı və nəhayət bizim gənclər üçün bir yol cızdılar ki, sonda 1979-cu il 11 fevral, yəni istiqlal, azadlıq və İslam Respublikası günü ilə nəticələndi.

11-ci dövlətin başçısı tələbə qurumlarının natiqlərinə təşəkkür edərək, deyib: Çox təşəkkür edirəm ki, bu tribunanın arxasında müxtəlif qurumların adından çıxış etdilər, tənqid və təşviq etdilər, dövlətin güc və bəzi zəif cəhətlərini sadaladılar.

Ruhani deyib: Bəlkə də tənqid qüdrətinin olmalı olduğu ən yaxşı yer, universitetdir. Əgər hər bir ölkədə qüdrət tənqid və suala məruz qalmazsa, yayınmaya və istibdada çəkiləcəkdir.

O, belə qeyd edib: Ölkənin bütün rəsmiləri birbaşa və dolayısı ilə iftixar edirlər ki, böyük xalqın seçimidirlər və xalqın səsi əsasında qüdrət məkanına söykəniblər və bütün rəsmilər məsuliyyət əsasında sual edilməlidirlər.

O, əlavə edib: Heç kəs özünü xalqın sualından müstəsna bilməməlidir və hamı xalqın sualına cavab verməklə iftixar etməlidir.

O, qeyd edib: Biz başqalarının qarşısında durmalıyıq və milli gücümüzə söykənməli və ölkənin problemlərini daxili imkanlar əsasında imkan daxilində həll etməliyik.