Hepard İranın milli, regional və beynəlxalq simvoludur
Asiya hepardı çox da uzaq olmayan illərdə region ölkələri, Ərəbistandan tutmuş Hindistana qədər çöllük ərazilərdə yaşayırdı.
Son araşdırmaların nəticələri göstərir ki, təkcə İranda 70-dən az hepard vardır. Asiya hepardı Beynəlxalq Mühafizə Birliyinin siyahısında məhv olma təhlükəsi iliə üzləşən heyvandır. İranda hepardın əsas yaşadığı yer səhradır. Bunlar Kirman, Xorasan, Yəzd, Tehran və Mərkəzi vilayətlərə şamil olur.
İran İslam Respublikası bu dəyərli pişikkimilərin qorunmasını bütün ətraf mühitin qorunması hesab edir.
Hazırda da iki hepard Pərdisan parkında saxlanılır.
İranın Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar Beynəlxalq Heard Günü mərasimində İranın əsas səyinin ölkədə hepardın yaşadığı ərazilərin mühafizəsi olduğunu bildirərək deyib: Ətraf Mühiti Mühafizə Təşkilatının idarə etdiyi mühafizə olunan bölgələrin üçdə biri hepardın yaşadığı ərazilərdir. Hepardın bütün Asiyada nəsli kəsilib və yalnız İranda yaşayır. Buna görə də, İranın milli, regional və beynəlxalq simvolu sayılır.
Ebtekarın dediyinə görə, hepardın yaşadığı ərazilərdə kameraların yerləşdirilməsi ilə cari günəş ilinin əvvəlindən indiyə qədər 18 küçük müşahidə olunmuşdur. Bu da Ətraf Mühiti Mühafizə Təşkilatı, Hepardın Mühafizəsi müəssisəsi, qaravolçular, yerli ictimaiyyətlər, mütəxəssislər və BMT-nin kollektiv səyinin nəticəsidir.
Bu mərasimdə həmçinin BMT-nin İrandakı nümayəndəsi Gerri Luis BMT ofisinin İranın Ətraf Mühiti Mühafizə Təşkilatı ilə 12 illik əməkdaşlığına toxunaraq deyib: Bugünkü mərasimdə Beynəlxalq Hepard Günündən əlavə BMT və İranın Ətraf Mühiti Mühafizə Təşkilatı arasında müştərək əməkdaşlıqların artırılmasını da qeyd edirik.
Luis Asiya hepardının qorunmasında qaravolçuların roluna toxunub və deyib: Belə bir şəraitdə İranda Asiya hepardının nəslinin kəsilməsinin qarşısını ala bildik.
"BMT müxtəlif proqramları icra etməklə Asiya hepardını mühafizə etmək niyyətindədir" -deyən Luisin sözlərinə görə, BMT indiyə qədər Asiya hepardının mühafizəsi üçün İranın Ətraf Mühiti Mühafizə Təşkilatına 2 milyon dollar vəsait ayırmışdır və iki tərəfin əməkdaşlıq müddətinin uzadıldığı halda, bu vəsaitin həcmi artacaqdır.
Hal-hazırda hepardın ovuna 100 milyon tümənlik cərimə nəzərdə tutulub.
Mərasimin sonunda hepardın yaşadığı ərazilərdə fəal qaravolçular mükafatlandırılıb.