Zərif: İran 5+1-in qətnaməsinin qəbulundan sonra nüvə anlaşmasını icra edəcək
İranın xarici işlər naziri deyib ki, İran 5+1 qrupu qətnaməsinin MAQATE-nin Direktorlar Şurasında qəbul olunmasından sonra nüvə anlaşmasının icrası səmtnə gedəcək.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif IRNA ilə müsahibədə vurğulayıb: İran, İslam İnqilabının Böyük Rəhbərinin göstərişinə əsasən, 5+1 qrupu qətnaməsinin MAQATE-nin Direktorlar Şurasında qəbul olunacağı zamandək nüvə anlaşmasının icrası istiqamətində addım atmayacaqdır.
Zərif altılığın PMD işinin bağlanması üzrə qətnamə layihəsi haqda belə əlavə edib: 5+1 ölkələri Direktorlar Şurasının üzvləri və İranla məşvərətdən sonra bir qətnamə layihəsi hazırlayıblar. Bu qətnamə layihəsi də agentliyin yekun dəyərləndirmə hesabatı əsasında hazırlanıbdır.
Zərif deyib: Agentliyin hesabatının çatışmazlıq və qaranlıq cəhətlərə malik olmasına rəğmən, onda tam aydın şəkildə vurğulanıbdır ki, İranın nüvə proqramı hərbi fəaliyyətlərə doğru yayınmayıbdır.
İranın xarici işlər naziri gələcəkdə Qərb tərəfindən bəhanə gətirmə, nüfuz və sui-istifadə imkanı barədə isə belə deyib: İran həmişə bu imkanı nəzərdə saxlayır. Bu üzdən, nüvə anlaşmasına nəzarət üçün İran İslam İnqilabının Böyük Rəhbərinin göstərişi ilə bir heyət yaradılıb ki, bu anlaşmaya ciddi və ardıcıl şəkildə nəzarət edir.