Dek 12, 2015 20:32 Asia/Baku
  • İranın Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyanatına reaksiyası
    İranın Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyanatına reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adalarını İranın ayrılmaz hissəsi adlandırıb.

İran Xarici İşlər Nazirliyinin Diplomatiya Baş İdarəsinin məlumatına görə, bu nazirliyin sözçüsü Sadiq Hüseyn Cabiri-Ənsari Fars Körfəzi Əməkdaşlıq Şurasınınn yekun bəyanatına reaksiyada vurğulayıb ki, İranın üçlü Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları barədəki iddiaların təkrarlanmasının İran İslam Respublikasının ərazi bütövlüyündə heç bir təsiri olmayıb və qeyri-səmərəli mövqe hesab olunur.

Cabiri-Ənsari əlavə edib: İran İslam Respublikası öz ərazisi barədəki hər cür məsuliyyətsiz sözləri qətiyyətlə rədd edərək, qarşılıqlı hörmət, daxili işlərə qarışmama və ərazi bütövlüyünə hörmətə əsaslanan qonşularla dostluq əlaqələrini öz siyasətlərinin prioriteti qərar verib və yuxarıdakı prinsiplər əsasında dostcasına münasibətləri genişləndirməyə və regional problemlərin, o cümlədən terrorizm probleminin həllinə köməyə hazır olduğunu bildirir.

Teqlər