Müqavimət iqtisadiyyatı, sanksiyalardan sonra əsas siyasət
İran vitse-prezidenti müqavimət iqtisadiyyatını sanksiyalardan sonrakı dövr üçün "başlıca siyasət" adlandırıb.
İRİB-nin məlumatına görə, İshaq Cahangiri 12-ci beynəlxalq neft-kimya seminarında İran İslam Respublikasının 6-cı inkişaf proqramının müqavimət iqtisadiyyatı əsasında hazırlanmasına işarə edərək, deyib: yeni şəraitdə İran bazarı xarici məhsullar üçün bir istehlak bazarı olmamalıdır. Və xarici tərəflərdən də istənilib ki, birgə sərmayə qoyuluşlarında iranlı şərikləri ilə əməkdaşlıq etsinlər.
İranın vitse-prezidenti yerli sənətkarlar və iş adamlarının h imayə olunmasının sanksiyalardan sonrakı dövrdə hökumətin iş gündəmində duracağını vurğulayıb və deyib: sanksiyalardan sonra yerli potensiallardan xüsusilə sənaye sahəsində ən yaxşı formada istifadə olunacaq.
12-ci beynəlxan neft-kimya seminarı İranda sərmayə qoyuluşu fürsətlərini tanıtmaq məqsədi ilə keçirilir. Bu seminarda dünyanın 25 ölkəsindən gəlmiş 97 şirkət iştirak edir.