ABŞ-ın Nümayəndələr Məclisinin qərarı araşdırılır
Nüvə anlaşmasının icra prosesinin izlənilməsi qərargahının iranlı sədri ABŞ-ın Nümayəndələr Məclisinin son zamanlar İrana səfər edən şəxslərin Amerikaya girişinin məhdudlaşdırılması üzrə son qərarının araşdırılmasından xəbər verib.
ABŞ-ın Nümayəndələr Məclisi dekabrın 8-də 407 lehinə səslə terrorizm təhdidi ilə mübarizə bəhanəsi ilə bir qanun layihəsi qəbul edib. Bu qanun layihəsinin icraya qoyulacağı təqdirdə, son zamanlar İran, İraq, Suriya və Sudana səfər etmiş şəxslərin Amerikaya girişi məhdudlaşdırılacaq.
Bu layihəyə əsasən, dünyanın 38 ölkəsinin vətəndaşları "Amerikanın Dostu" adı altında Amerikada vizasız 90 gün müddətinə qalmaq icazəsinə malikdirlər. Amma, əgər bu şəxslər ötən 5 il ərzində İran, Suriya, İraq və ya Sudana səfər etmiş olsalar, onların ABŞ-a səfərləri məhdudlaşdırılacaq.
İRNA-nın məlumatına görə, İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı deyib: Əgər ABŞ-ın nümayəndələr məclisinin bu qərarı nüvə anlaşmasına zidd olarsa, barəsində ölçü götürüləcək.
Nüvə anlaşmasının icra prosesinin izlənilməsi qərargahının iranlı sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının qətnamə layihəsi ilə bağlı şəxsi dəyərləndirməsi barədə deyib: Bu qanun layihəsi İran ilə məsləhətləşmə əsasında hazırlanıb və Direktorlar Şurasının cari həftədə keçiriləcək iclasda barəsində çıxarılacaq qərarı gözləmək lazımdır.
İraqçı daha sonra deyib: İrana qarşı olan bir çox qətnamələr əsassız iddialara söykənir. Və MAQATE-nin baş direktorunun hesabatında bildirilir ki, İran hərbi nüvə proqramına malik olmayıb və bu istiqamətdə hansısa qanunsuzluq müşahidə edilməyib.