Tehran və Moskva arasında Suriya barədə ixtilaf təkzib olundu
https://azeri.sahartv.ir/news/İran-i200787-tehran_və_moskva_arasında_suriya_barədə_ixtilaf_təkzib_olundu
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İran İslam Respublikası və Rusiya arasında Suriya barədə heç bir ixtilaf yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 06:37 Asia/Baku
  • Tehran və Moskva arasında Suriya barədə ixtilaf təkzib olundu
    Tehran və Moskva arasında Suriya barədə ixtilaf təkzib olundu

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İran İslam Respublikası və Rusiya arasında Suriya barədə heç bir ixtilaf yoxdur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hüseyn Əmir Abdullahian bildirib: Rusiya və İran terrorizmlə mübarizədə Suriya ordusuna ciddi şəkildə kömək edir.

İran xarici işlər nazirinin müavini əlavə edib: Rusiyanın Suriyada terrorizmlə mübarizə üzrə addımları bu ölkə hökumətinin koordinasiyası ilə atılıb və müsbət qiymətləndirilir.

Əmir Abdullahian həmçinin bildirib: İranın hərbi məsləhətçiləri Suriyada terrorizmlə mübarizə üçün öz addımlarını dayandırmadan davam etdirirlər.

Bəzi medialar bazar günü iddia ediblər ki, İran və Rusiya arasında Suriya barəsində ixtilaf yaranıb və İran öz hərbi məsləhətçilərini Suriyadan çıxarmaqdadır.