Dek 16, 2015 13:51 Asia/Baku
  • Salehi: İran nüvə işi qondarma idi
    Salehi: İran nüvə işi qondarma idi

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın nüvə fəaliyyətləri ilə bağlı qaldırılan bütün işlər saxta idi.

İRNA-nın məlumatına görə, Əli Əkbər Salehi dünən axşam İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri üzrə PMD işinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında bağlı elan edilməsi barədə deyib: İranın nüvə işi bundan sonra nüvə anlaşmasının icrası çərçivəsində diqqət mərkəzində duracaq.

Salehi MAQATE-nin baş direktoru Yokio Amanonun hələ də İranın nüvə işində bəzi qaranlıq məqamların qalması ilə bağlı dünənki çıxışı barədə deyib: Amanonun dedikləri, qətnamədə yer alan məsələlər ilə ziddiyyət təşkil edir və onun məsələlər ilə bağlı şəxsi baxışları var. Çünki, onlar öz araşdırmalarında İran əleyhinə heç bir dəlil tapa bilmədiklərini etiraf edə bilmirlər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(MAQATE) Direktorlar Şurası 15 dekabr tarixində təşkil etdiyi fövqəladə iclasda bir qətnamə qəbul edərək, İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işini bağlı elan etdi.

Bu qətnamənin mətni İranın nüvə işi ilə bağlı keçmiş və hazırkı məsələlərin öz həllini tapdığını elan edərək, PMD işinin birdəfəlik olaraq bağlandığını bildirir.

Teqlər