Denis Manturov: Tehran-Moskva əlaqələrinin genişləndirilməsi qlobal təsirə malikdir
https://azeri.sahartv.ir/news/İran-i200889-denis_manturov_tehran_moskva_əlaqələrinin_genişləndirilməsi_qlobal_təsirə_malikdir
Rusiyanın sənaye və ticarət naziri deyib: Tehran-Moskva əlaqələrinin siyasi və iqtisadə sahələrdə genişləndirilməsi Yaxın Şərq, Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiyada sabitliyin və davamlı inkişafın təmin edilməsində strateji təsirə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2015 15:02 Asia/Baku
  • Denis Manturov: Tehran-Moskva əlaqələrinin genişləndirilməsi qlobal təsirə malikdir
    Denis Manturov: Tehran-Moskva əlaqələrinin genişləndirilməsi qlobal təsirə malikdir

Rusiyanın sənaye və ticarət naziri deyib: Tehran-Moskva əlaqələrinin siyasi və iqtisadə sahələrdə genişləndirilməsi Yaxın Şərq, Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiyada sabitliyin və davamlı inkişafın təmin edilməsində strateji təsirə malikdir.

D.Manturov bu gün Tehrana səfəri ərəfəsində iki ölkənin ən mühüm əməkdaşlıq sahəsini atom elektrik stansiyalarının quraşdırılması adlandırıb və deyib: Tehran və Moskva Buşehr Atom Elektrik Stansiyasının 2-ci və 3-cü bloklarının quraşdırılması haqda razılığa gəliblər.

O, həmçinin deyib: İstilik elektrik stansiyalarının yenilənməsi, neft və qaz yataqlarının istismara hazırlanması və İranda ümumi uzunluğu 4500 kilometr olan neft və qaz boru kəmərlərinin çəkilməsi iki ölkə arasındakı digər mühüm əməkdaşlıq sahələridir.