Dek 17, 2015 09:54 Asia/Baku
  • Cahangiri: Sanksiyaların ləğvi yaxındır
    Cahangiri: Sanksiyaların ləğvi yaxındır

İran İslam Respublikasının vitse-prezidenti yaxın gələcəkdə İran xalqına qarşı qərbin birtərəfli sanksiyalarının sona çatacağını bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İshaq Cahangiri Əlcəzairdə iranlı fəal iş adamları ilə iclasda deyib: İran əleyhinə bütün sanksiya və təzyiqlərin banisi olan 5+1 qrupu ölkələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında bir qətnaməni təsdiqləməklə öncəki bütün qətnamələri ləğv etdilər və İran əleyhinə sanksiyalara son qoyulmasını istədilər.

İran İslam Respublikası prezidentinin birinci müavini həmçinin İran hökumətinin özəl sektoru dəstəklədiyini bildirərək deyib: İran hökuməti və özəl sektorunun Afrika qitəsi üçün ciddi proqramı olmalıdır. Çünki təbii olaraq İran bazarının bir hissəsi bu qitədədir.

İranın vitse-prezidenti Əlcəzir rəsmiləri ilə görüşmək və İran-Əlcəzair İqtisadi Əməkdaşlıqlar Müştərək Komissiyasının 2-ci iclasında iştirak etmək üçün çərşənbə günü yüksək səviyyəli heyətin müşayiəti ilə bu ölkəyə səfər edib.

Teqlər