İran və Əlcəzairin Müştərək İqtisadi iclası başlanıb
https://azeri.sahartv.ir/news/İran-i200925-İran_və_Əlcəzairin_müştərək_İqtisadi_iclası_başlanıb
İran və Əlcəzairin Müştərək İqtisadi iclası paytaxt Əlcəzairdə işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2015 10:52 Asia/Baku
  • İran və Əlcəzairin Müştərək İqtisadi iclası başlanıb
    İran və Əlcəzairin Müştərək İqtisadi iclası başlanıb

İran və Əlcəzairin Müştərək İqtisadi iclası paytaxt Əlcəzairdə işə başlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Müştərək İqtisadi iclasa başçılıq edən İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri və Əlcəzairin baş naziri Əbdülmalik Səllal ikitərəfli iqtisadi əməkdaşlıqların genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

İranın yüksək səviyyəli heyətinin Əlcəzair heyəti ilə iclasından sonra Müştərək Əməkdaşlıqlar Ali Komissiyasının 2-ci iclasında iqtisadi, siyasi, mədəni və təhsil sahələrində 8 əməmkdaşlıq sənədi iki ölkə rəsmiləri tərəfindən imzalanıb.

İran İslam Respublikasının vitse-prezidenti Əlcəzair rəsmiləri ilə görüşmək və İran-Əlcəzair İqtisadi Əməkdaşlıqlar Müştərək Komissiyasının 2-ci iclasında iştirak etmək üçün çərşənbə günü yüksək səviyyəli heyətin müşayiəti ilə Əlcəzairə səfər edib.