Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin İranın üzvlüyünə təmayülü
İranın rabitə və informasiya texnologiyaları naziri Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin İranın bu təşkilata daimi üzvlüyünə təmayülündən xəbər verib.
İranın nümayəndəsi kimi Şanxay Əməkdaşlıq Təşkilatının 14-cü baş nazirlər iclasında iştirak üçün Çinə səfər etmiş Mahmud Vaezi IRNA ilə müsahibədə bildirib ki, iclas boyu iştirakçı ölkələrin nümayəndələri ilə görüşlərdə onların hamısı İranın bu təşkilata daimi üzvlüyünün vaxtının gəlib çatdığını vurğulayıbdır.
İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, üzv ölkələrin nümayəndələri, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Dmitri Mezentsev ilə görüşlərdə İranın bu təşkilata daimi üzvlüyü məsələsi danışıqların əsas mehvərini təşkil edib və onların hamısı bu mühüm məsələnin reallaşmasını istədiyini vurğulayıb.
Şanxay Əməkdaşlıq Təşkilatının 14-cü baş nazirlər iclası bazar ertəsi və çərşənbə axşamı günləri Çinin Tszen Tszyu şəhərində keçirilib.