İran və Əlcəzayir 8 əməkdaşlıq sənədi imzaladılar
https://azeri.sahartv.ir/news/İran-i200943-İran_və_Əlcəzayir_8_əməkdaşlıq_sənədi_imzaladılar
İran İslam Respublikası vitse-prezidentinin Əlcəzayirə olan səfəri çərçivəsində iki ölkə arasında 8 əməkdaşlıq sənədi imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 05:46 Asia/Baku
  • İran və Əlcəzayir 8 əməkdaşlıq sənədi imzaladılar
    İran və Əlcəzayir 8 əməkdaşlıq sənədi imzaladılar

İran İslam Respublikası vitse-prezidentinin Əlcəzayirə olan səfəri çərçivəsində iki ölkə arasında 8 əməkdaşlıq sənədi imzalanıb.

İRNA-nın məlumatına görə, iki ölkə rəsmilərinin iştirakı ilə İran-Əlcəzayir müştərək iqtisadi komissiyasının iclası keçirilib. Bu iclasda 8 əməkdaşlıq sənədi imzalanıb. Bu əməkdaşlıq sənədləri iqtisadi, siyasi, mədəniyyət və təhsil sahələrini əhatə edir.

İranın vitse-prezidenti İshaq Cahangiri Əlcəzayirdə keçirilən iki ölkə iş adamlarının birgə seminarında deyib: İran tranzit yolu üzərində yerləşməsinə görə, Orta Asiyaya yükslərin taşınmasında münasib fürsət sayıla bilər.

Cahangiri bu seminarda həmçinin deyib: Əlcəzayir inqilabı dünyanın bütün inqilabçı xalqları o cümlədən İran xalqı üçün ilhamverici olub. və İran xalqı İslam İnqilabı yolundakı mübarizələrində Əlcəzayir xalqından böyük dərslər alıb.

Əlcəzayirin baş naziri Əbdülmalik Səlal da bu seminarda deyib: Bu seminar iki ölkənin iqtisadi əlaqələrin genişləndirilməsindəki maraq və iradəsinə dəlalət edir.