Dek 19, 2015 11:08 Asia/Baku
  • Ərak Reaktorunun özəyini çıxarmaq üçün anlaşma imzalanır
    Ərak Reaktorunun özəyini çıxarmaq üçün anlaşma imzalanır

İranın Atom Enerjisi Təşkilatının sədryi deyib: İran, ABŞ və Çin arasında anlaşmaların imzalanması ilə Ərak Reaktorunun özəyi çıxarılacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Əkbər Salehi həmçinin İranın nüvə obyektələrində mövcud 20 min sentrifuqadan ümumilikdə 6 min ədədinin qalacağını bildirərək əlavə edib6 İndiyə qədər bu sahədə 3 rəsmi sənəd imzalanıb və bazar ertəsi günü (21 dekabr) Ərak reaktorunun özəyinin çıxarılması üçün 4-cü sənəddə imzalancaq.

Salehi ümidvarlıq edib ki, sentrifuqalar və Ərak reaktorunun özəyinin çıxarılması gələn bir neçə həftə ərzində həyata keçiriləcək və 2016-cı ilin yanvarın əvvəlindən İrana qarşı bütün sanksiyalar ləğv olunaaq.

İranın Atom enrjisi Təşkilatının sədri bildirib: Bu addımların icrası ilə gələcəkdə Qərbin avantüraları üçün heç bir bəhanə qalmayacaqdır.

Teqlər