Dek 19, 2015 18:02 Asia/Baku
  • Ordu generalı İranın imperialist quruluş qarşısında xalqların müqavimətini dəstəklədiyini vurğulayıb
    Ordu generalı İranın imperialist quruluş qarşısında xalqların müqavimətini dəstəklədiyini vurğulayıb

İran İslam Respublikası Ali Baş Komandanının köməkçisi və müşaviri İranın zalım quruluş qarşısında xalqların müqavimətini dəstəklədiyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, ordu generalı Yəhya Rəhim Səfəvi imperialist quruluşun öz məqsədlərini əldə etmək üçün geosiyasi vəziyyətdən yararlandığına toxunaraq bildirib: İran imperialist quruluş qarşısında xalqın müqaviməti və sülhün xidmətində, eləcə də xalqlar tərəfindən müqəddəratın təyin olunması çərçivəsində geosiyasi vəziyyəti qərar verməyə çalışır.

Ali Baş Komandanın müşaviri bildirib: ABŞ və İsrailin siyasətləri elə bir formadadır ki, müsəlman müsəlman əli ilə və islam ölkələrinin pulu iliə öldürülsün. İndiyə qədər 250 min Suriya vətəndaşı qətlə yetirilib və 9 milyona qədər suriyalı və iraqlı didərgin düşüb.

İranın Geosiyasi Cəmiyyətinin sədri Türkiyənin regiondakı son hərəkətlərinə toxunub və bildirib: Şübhəsiz amerikalıların icazəsi olmadan Türkiyə hökuməti Rusiyanın Su-24 təyyarəsini vura bilməzdi və bu məsələdə koordinasiya vardı.

General Səfəvi sionist rejimin regionun çəkişmələrindən faydalandığını bildirib və deyib: Şübhəsiz regionda baş verənlər geosiyasi və geostrateji məqsədləri olan müharibədir və bu müharibədə Türkiyə yanlış strategiya yolunu keçir.

Ali Baş Komandanın müşaviri Türkiyə tərəfindən İraqın şimalının işğal olunması və bu ölkə hökumətinin İŞİD-i dəstəkləməsi və Suriyadakı müdaxiləsini yanlış strategiya adlandırıb və deyib: Türkiyə hökuməti öz qonşuları ilə əlaqələrə yenidən baxmalıdır.

Teqlər