Dek 20, 2015 13:51 Asia/Baku
  • Brucerdi: İran xalqı düşmənin cavabını seçkilərdəki iştirakı ilə verəcək
    Brucerdi: İran xalqı düşmənin cavabını seçkilərdəki iştirakı ilə verəcək

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İran xalqının seçkilərdəki geniş iştirakı ilə Qərbin iftiralarına möhkəm cavab vermiş olacağını bildirib.

Əlaəddin Brucerdi Tehranda Daxili İşlər Nazirliyinin Mərkəzi Seçki Qərargahına baxış keçirdiyi zaman deyib: ABŞ başda olmaqla düşmənlərin İranda xalqın seçkilərdəki iştirakını az əhəmiyyətli məsələ kimi qələmə vermək üzrə səylərini nəzərə alaraq, İran xalqı seçkilərdə ən yüksək səviyyədə iştirak edərək, amerikalılara möhkəm cavab vermiş olacaq.

İran İslam Şurası Məclisinə 10-cu çağırış seçkiləri, Xübrəqan Məclisinə 5-ci çağırış seçkiləri ilə bir vaxtda, 26 fevral 2016-cı il tarixində keçiriləcək.

Xübrəqan Məclisi seçkiləri üçün namizədlərin adlarının qeydiyyata alınması işinə cümə axşamından start verilib.

İran İslam Şurası Məclisinə 10-cu çağırış seçkiləri üçün namizədlərin adlarının qeydiyyata alınması prosesi də davam edir.

Teqlər