Tələbələr Tehranda Nigeriya olaylarına etiraz olaraq aksiya keçiriblər
-
Tələbələr Tehranda Nigeriya olaylarına etiraz olaraq aksiya keçiriblər
Bu gün Tehranda BMT-nin ofisi önündə Nigeriyada şiələrin qırğın edilməsi və şeyx İbrahim Zəkzakinin həbs edilməsinə etiraz olaraq tələbələrin böyük aksiyası keçirilib.
İRİB-nin məlumatına görə, tələbələrin bu etiraz aksiyasında bəsicilər və müxtəlif təbəqədən olan insanlar iştirk ediblər.
Tələbələr əllərində üzərinə "Quran biz müsəlmanların vəhdət simvoludur", "Paris üçün dua, Nigeriya üçün sükut", "Öldürün bizləri, yenidən dirilək", "Qələbə zamanı gələcək, Qüdsün azad olacağı gün gələcək" şüarları yazılmış plakatlar və üzərində "Məhəmməd Allahın rəsuludur, Ya Hüseyn, İmamı görmüşük, şəhidlər ilə olmuşuq, sonuna qədər müqavimət edəcəyik" şüarı yazılmış bayraqlar bayraqlar daşıyıb, "Zillət bizdən uzaqdır, Ali-Səuda ölüm, Ləbbeyk ya Hüseyn şüarları veriblər.
Aksiya iştirakçıları Şeyx İbrahim Zəkzakın azad edilməsini istəyiblər.