Sanksiyalar ləğv edilməsə də xarici investorlar ilə anlaşma sənədləri imzalanır
https://azeri.sahartv.ir/news/İran-i201109-sanksiyalar_ləğv_edilməsə_də_xarici_investorlar_ilə_anlaşma_sənədləri_imzalanır
İranın neft nazirinin müavini deyib: Xarici sərmayə sahibləri ilə anlaşma sənədləri sanksiyaların ləğv edilməsindən öncə imzalanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2015 06:52 Asia/Baku
  • Sanksiyalar ləğv edilməsə də xarici investorlar ilə anlaşma sənədləri imzalanır
    Sanksiyalar ləğv edilməsə də xarici investorlar ilə anlaşma sənədləri imzalanır

İranın neft nazirinin müavini deyib: Xarici sərmayə sahibləri ilə anlaşma sənədləri sanksiyaların ləğv edilməsindən öncə imzalanır.

Abbas Şeri Müqəddəm İran qəzetinə verdiyi müsahibədə deyib: Tezliklə İranın neft-kimya sənayesində investisiya qoymaq istəyən tərəflər ilə anlaşma sənədlərinin imzalanması ilə "uduş-uduş" əməkdaşlığının şahidi olacağıq.

Şeri Müqəddəm neft-kimya sahəsində fəaliyyət göstərən dünyanın tanınmış şirkətləri ilə müzakirələrin aparılmasına işarə edərək, deyib: Neft-kimya sənayesi İranı inkişaf etməkdə olan bir ölkədən inkişaf etmiş bir ölkəyə doğru hərəkət etdirmiş olaca.q

İranın neft nazirinin müavini həmçinin deyib: Beynəlxalq şirkətlər və sərmayə sahibləri ilkin müzakirələrə çox ciddi şəkildə başlayıblar və sanksiyaların maneə törətmədiyi sahələr üzrə anlaşmalar da əldə olunub.